Dek 30, 2017 13:32 Asia/Baku
  • Quterreş dünyanı vəhdətə çağırıb
    Quterreş dünyanı vəhdətə çağırıb

Birləşmiş Millətlər Təşkiatının baş katibi yeni il müraciətində dünyanın problemlərinin həlli üçün beynəlxalq vəhdətə çağırıb.

İSNA-nın verdiyi məlumata görə, BMT baş  katibi Antonio Quterreş yeni milad ili münasibəti ilə etdiyi müraciətdə bildirib ki, dünya səviyyəsində toqquşmalar dərinləşib və yeni təhlükələr ortaya çıxıb. 

BMT baş katibi bildirib: Soyuq müharibə dövründən indiyədək nüvə silahları barədə beynəlxalq nigarançılıq ən yüksək həddə çatıb. 

BMT baş katibinin müraciətində deyilir: dünya səviyyəsində bərabərsizlik də artmaqdadır. 

Quterreş dünyadakı problemlərə qələbə çalmaq üçün ölkəlrin birliyi və əməkdaşlığının zərurət daşıdığını bildirib. 

 

Teqlər