Yan 01, 2018 20:16 Asia/Baku
  • ABŞ koalisiyası 2017-ci ildə Diyrəzzurda 300-dən çox mülkini öldürüb
    ABŞ koalisiyası 2017-ci ildə Diyrəzzurda 300-dən çox mülkini öldürüb

Media mənbələri 2017-ci ildə amerikan koalisiya tərəfindən Suriyanın Diyrəzzur vilayətində 127 qadın və uşaq daxil olmaqla 335 mülkinin öldürülməsindən xəbər veriblər.

Dırnaqarası amerikan koalisiyanın ötən milad ilində Diyrəzzura qarşı hücumlarında 73 qadın və 54 uşaq həyatını itirib.

Ötən həftə də bu koalisiya etiraf etdi ki, son üç ildə onların qırıcılarının Suriyaya qarşı hava hücumlarında 817 sivil öldürülüb. Belə bir halda, beynəlxalq koalisiya tərəfindən təqdim olunmuş statistika daim insan haqları qrupları tərəfindən elan olunan rəqəmlərdən az olubdur.

Amerika son illərdə dəfələrlə terror qrupları ilə mübarizə bəhanəsilə Suriya və İraqda sivilləri hədəfə alıb və rəsmi məlumatlara görə, Amerika və bu ölkənin qərbli və ərəb şərikləri İŞİD daxil olmaqla terror qruplarının əsas maliyyə və silah himayədarlarından hesab olunurlar.

Teqlər