Yan 02, 2018 17:32 Asia/Baku
  • Fransa və Almaniyada yeni il iğtişaşları
    Fransa və Almaniyada yeni il iğtişaşları

Fransa Daxili İşlər Nazirliyi bir bəyanat yayaraq bildirib ki, yeni il şənliklərində geniş iğtişaşlar nəticəsində 510 nəfər həbs edilib.

Spotnikin verdiyi məlumata görə, Fransa DİN-in bəyanatında deyilir: Hər il olduğu kimi yeni il axşamında ümumi qayda-qanun pozuntuları baş verdi və 1031 avtomobil yandırıldı. Bu say ötən ildəki ilə müqayisədə artımı göstərir. 

Bu məlumata görə, Fransada yeni il axşamında ümumi nizam-intizamın pozulması nəticəsində 7 polis əməkdaşı və 3 hərbçi də yaralanıb. 

Yeni il axşamında təhlükəsizliyin təmini üçün Fransada 140 min polis, hərbçi və yanğınsöndürən gücləndirilmiş iş rejiminə keçmişdi. 

De Velt qəzeti yeni il axşamında 7 nəfərin Berlində qadınlara qarşı seksual zorakılıq ilə əlaqədar həbs edilməsindən xəbər verib. 

Yeni il axşamında Almaniyanın Berlin, Laypziq, Ştotqard, Dortmond və Bermen şəhərləri iğtişaşların şahidi olub. 

Teqlər