Yan 03, 2018 09:58 Asia/Baku
  • BMT Ərəbistanda insan haqları fəallarının repressiyasının durdurulmasını istədi

BMT ekspertləri çərşənbə axşamı günü bir bəyanatda Səudiyyə Ərəbistanında insan haqları fəallarının repressiyasının durdurulmasını istəyiblər.

İRNA-nın məlumatına görə, BMT ekspertləri bu bəyanatda ötən sentyabr ayından bəri 60-dan çox din alimi, yazar, jurnalist və siyasi fəalın saxlanıldığına toxunaraq bildiriblər: Səudiyyə Ərəbistanında insan haqları müdafiəçilərinə zülmün olunmasının şahidiyik. 

Bu bəyanatda bildirilib: Səudiyyə Ərəbistanı hökuməti 2016-cı ilin sonunda BMT-nin İnsan Haqları Şurasının üzvü kimi seçilməsinə rəğmən, insan haqları müdafiəçilərinin saxlanılması və onlara zülmlərin olunmasını davam etdirir. 

Səudiyyə Ərəbistanında daxili statistikalara əsasən, - bu statistikalar yekun statistika hesab olunmur - 30 mindən çox siyasi fəal, müxalif, hüquq fəalı həbsdədir. 

Teqlər