Yan 05, 2018 20:47 Asia/Baku
  • Konstantin Kosaçev - Rusiya Federasiya Şurasının üzvü
    Konstantin Kosaçev - Rusiya Federasiya Şurasının üzvü

Rusiyanın siyasi elitası prezident Donald Tramp başda olmaqla ABŞ hökumətinin İranın daxili işlərinə aşkar müdaxiləsini kəskin formada qınayaraq, bu rəftarı Ağ Evin terrorizm və zorakılığı aşkar himayəsi kimi dəyərləndiriblər.

Rusiyanın siyasi elitası prezident Donald Tramp başda olmaqla ABŞ hökumətinin İranın daxili işlərinə aşkar müdaxiləsini kəskin formada qınayaraq, bu rəftarı Ağ Evin terrorizm və zorakılığı aşkar himayəsi kimi dəyərləndiriblər.

 Rusiya rəsmilərinin ABŞ-ın İranın daxili işlərinə müdaxilə etməsi və iğtişaşçıları dəstəkləməsi əleyhinə mövqeləri hər gün daha kəskin xarakter almağa başlayıb. Kreml başçıları və Rusiya Xarici İşlər Nazirliyi elə ilk başdan Ağ Ev başçılarının son İran olayları qarşısındakı rəftarlarını qəbuledilməz və müdaxilə xarakterli adlandırıblar.

Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Konstantin Kosaçev və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Rusiyanın Təhlükəsizlik Siyasətləri Komitəsinin sədri Aleksey Puşkov, Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Leonid Skolski və Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin üzvü Frans Klintsoviç Ağ Ev başçılarının son İran olaylarına müdaxilə xarakterli mövqeyini kəskin formada qınayan çoxsaylı Rus rəsmilərdirlər. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu barədə deyir: “Amerikalılar çirkin bir oyuna başlayıblar. Biz onlara İranın daxili işlərinə müdaxilədən çəkinmələri barədə xəbərdarlıq edirik. ABŞ İranda iğtişaşçıları dəstəkləməklə bu ölkəni zəiflətmək istəyir.”

Konstantin Kosaçev isə deyir: “ABŞ rəsmiləri və şəxsən Tramp İranda iğtişaşçılara mükafat vəəd edirlər. Bu, son dərəcə çirkin və həyasızcasına olan bir müdaxilədir. Rusiya bunu qətiyyətlə qınayır.”

Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Leonid Skolski də bu barədə bildirib: “ABŞ-ın son İran olayları ilə bağlı mövqeyi Vaşinqtonun zorakılıq və terrorizmin himayədarı olduğunu bir daha təsdiqlədi.”

Rusiyanın Liberal Demokrat Partiyasının Ali Şurası da öz tərəfdarlarını ABŞ-ın İranın daxili məsələlərinə müdaxiləsinə etiraz olaraq bazar günü Moskvada ABŞ səfirliyi önündə aksiya keçirməyə dəvət edib.

 

Teqlər