Yan 06, 2018 10:53 Asia/Baku
  • Makron: Türkiyənin AB-yə üzvlüyü mümkün deyil
    Makron: Türkiyənin AB-yə üzvlüyü mümkün deyil

Fransa prezidenti dünən gecə Parisdə Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğan ilə birgə mətbuat konfransında vurğulayıb ki, son Türkiyə olayları bu ölkənin Avropa Birliyinə qatılması üzrə müzakirələr prosesində irəliləyişə icazə vermir.

Emmanuel Makron qeyd edib ki, Türkiyədə həbslərin və insan haqlarının pozulmasının davam etməsilə bu ölkənin Avropa Birliyinə qatılması mümkün deyildir.

Fransa prezidenti Ərdoğana təklif edibdir ki, Avropa Birliyinə üzvlük yerinə, Türkiyə bu birlik ilə həmkarlıq etsin.

Makron bu məsələ ilə bağlı deyib: Aydındır ki, Türkiyədə insan haqları sahəsindəki son olaylar bu ölkənin Avropa Birliyinə qatılması üzrə müzakirələrdə hər cür irəliləyişi aradan götürür.

Fransa prezidenti türkiyəli həmkarını qanun hakimiyyətinə riayət etməyə çağırıb. O, İstanbul vətəndaş cəmiyyətinin tanınmış siması Osman Kavala kimi Türkiyədə həbs edilmiş şəxslərin siyahısını Ərdoğana təqdim edibdir.

Rəcəb Tayyıb Ərdoğan da bu mətbuat konfransında vurğulayıb ki, Türkiyə Avropa Birliyinə üzvlüyü gözləməkdən yorulubdur. O, bildirib ki, bu birliyə üzvlük üçün yalvarmaq olmaz.

O, deyib: Avropa Birliyi suriyalı didərginlərə altı milyard dollar məbləğində yardım edəcəyi barədə üzərinə öhəlik götürsə də bir milyard dollardan az bir məbləği ödəyibdir.

Türkiyə prezidenti Parisdə 2014-cü ildə Ankara tərəfindən vəhhabi-sionist İŞİD terrorçularına silahın verilməsi ehtimalı haqda sual verən bir fransız jurnalistə hücum edib. Bu sualdan əsəbiləşmiş Ərdoğan həmin jurnalistə deyib: Sən bir jurnalist deyilsən, sən Feto ifadələrinin şərçisisən. O, əlavə edib: Bu işləri görmüş şəxslər Feto prokurorları idi və onlar hazırda zindandadırlar.

Türkiyə prezidenti söyləyib: Sən bu məsələ barədə məndən soruşursan? Bəs nə üçün Suriyaya 4000 yük maşını silah göndərmiş Amerikadan soruşmursan? 

Teqlər