Yan 06, 2018 16:28 Asia/Baku
  • Paulo Koelyodan məhv olmuş şahın oğluna qarşı kəskin tənqid
    Paulo Koelyodan məhv olmuş şahın oğluna qarşı kəskin tənqid

Məşhur braziliyalı yazıçı məhv olmuş şahın oğlu Rza Pəhləvinin İranın bəzi şəhərlərindəki son iğtişaşları himayə etməklə bağlı sözlərini tənqid edib.

Məşhur braziliyalı yazıçı Paulo Koelyo öz twitter səhifəsində Rza Pəhləviyə xitabən yazıb: Sus, SAVAK ölüb və bu ölkədə digər bir çevriliş ardınca olacağın təqdirdə, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin 1953-cü ildə təşkil etdiyi çevriliş kimi İran xalqı öz ölkəsini müdafiə edəcəkdir.

İranın məhv olmuş şahının oğlu bir neçə gün bundan öncə Amerika dövlətindən istədi ki, İranda iğtişaşçılara xidmətlər göstərən internet şirkətlərini təşviq etsin.

Ötən bir neçə gündə bir qrup insan İranın bəzi şəhərlərində aksiyalar keçirərək, iqtisadi problemlərə etiraz etdi ki, bu aksiyaların bəziləri opportunistlər tərəfindən çaxnaşmaya çevrildi.

İran xalqı çərşənbə, cümə axşamı və cümə günləri ölkənin müxtəlif şəhərlərində geniş və könüllü aksiyalar keçirərək, iğtişaşçılara və onların daxili və xarici himayədarlarına qarşı öz hiddəti və niftərlərini ifadə etdi.

Teqlər