Yan 06, 2018 18:21 Asia/Baku
  • Yunker: Nüvə anlaşmasının yenidən nəzərdən keçirilməsi zərurət daşımır
    Yunker: Nüvə anlaşmasının yenidən nəzərdən keçirilməsi zərurət daşımır

Avropa Komissiyasının sədri nüvə anlaşmasının yenidən nəzərdən keçirilməsinin zərurət daşımadığını deyib.

Avropa Komissiyasının sədri Jan Klod Yunker deyib: Nüvə anlaşması olduğu kimi tam şəkildə icra olunmalıdır və İran ilə beş üstəgəl bir qrupu arasındakı anlaşmanın yenidən nəzərdən keçirilməsinə ehtiyac yoxdur.

ABŞ prezidenti Donald Tramp 2017-ci il oktyabrın 13-də İranın nüvə anlaşmasına sadiq qalmasını təsdiqləməkdən çəkinib, "İranla nüvə anlaşması"ndan çıxmaqla hədələyərək, onun barəsində qərar çıxarmağı Amerika konqresinə tapşırdı.

Tramp 2018-ci ilin yanvar ayının ortalarında Amerikanın nüvə anlaşmasındakı öhdəliklərinə əsasən, İrana qarşı nüvə sanksiyalarının aradan qaldırılmasının uzadılması barədə qərar çıxarmalıdır.

Əgər Tramp İran üçün sanksiya güzəştlərini uzatmaqdan çəkinərsə, Amerika nüvə anlaşmasından çıxacaqdır.

Avropalı rəsmilər daim Amerikanın birtərəfli addımları və nüvə anlaşması qarşısındakı öhdəliklərini icra etməmək üçün sabotaj törətməsi barədə Ağ Evə etiraz ediblər.

Teqlər