Yan 08, 2018 17:52 Asia/Baku
  • Şeyx Zəkzakinin həbsinə etiraz edənlərə hücum olunub
    Şeyx Zəkzakinin həbsinə etiraz edənlərə hücum olunub

Nigeriya İslam Hərəkatı bu ölkənin təhlükəsizlik məmurlarının Kano şəhərində bu hərəkatın rəhbərini dəstəkləyənlərin aksiyasına hücum etdiklərini bildirib.

Press TV-nin məlumatına görə, Nigeriya İslam Hərəkatı bir bəyanatda bildirib: Bazar günü təhlükəsizlik qüvvələrinin Kano şəhərində Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin azad edilməsini tələb edən etirazçılara hücum etməsi nəticəsində bir etirazçı dünyasını dəyişib. 

Nigeriya İslam Hərəkatı bildirib: Şeyx Zəkzakinin azad edilməsi tələbi üzrə aksiyalar ölkənin 50 məkanında keçirilib. 

Etirazçılar Nigeriya prezidenti Məhəmmədu Buharidən Şeyx İbrahim Zəkzakinin azad edilməsinə göstəriş verməsini istəyiblər. 

Nigeriya İslam Hərəkatı bəyanatda prezident Buharidən Şeyx Zəkzakinin azadlığı üçün tibbi müayinələrə şərait yaratmasını istəyib. 

Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki və həyat yoldaşı 2015-ci il 13 dekabrda hərbçilərin Kadona əyalətində Zaria şəhərindəki hüseyniyyəyə hücumu zamanı saxlanılıb. 

Bu hücumda yüzlərlə nəfər, o cümlədən Şeyx Zəkzakinin üç oğlu şəhid olub. 

Nigeriya Ali Məhkəməsi Şeyx Zəkzaki və həyat yoldaşının azad edilməsinə qərar verib. Lakin ordu və hökumət bu qərarı icra etmək istəmir. 

Teqlər