Yan 08, 2018 19:10 Asia/Baku
  • Tramp sağlamlıq analizi verir
    Tramp sağlamlıq analizi verir

ABŞ prezidenti bu ölkə Kütləvi İnformasiya Vasitələri və ictimai fikrin onun psixoloji probleminin olması haqda təzyiqi nəticəsində psixi sağlamlıq analizi verməklə razılaşmağa məcbur olub.

Daily Telegraf qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp gələn cümə Vaşinqton DC-də Ualter Reyd Hərbi Hospitalda analiz verəcək. 

Ualter Reyd ABŞ-ın ən böyük Hərbi Hospitalıdır. 

ABŞ-ın sabiq prezidenti Barak Obama da bu hospitalda analiz vermişdi. 

Trampın psixoloji sağlamlıq analizinin nəticələri ictimaiyyətə çatdırılacaq. 

Telegrafın yazdığına görə, Tramp bu analizlə onun psixoloji sağlamlığının olmaması haqda irəli sürülən şaiyələrə son qoyacağına ümid edir. 

Ötən bir neçə gündə "Alov və Hiddət; Trampın Ağ Evinin içi" qalmaqallı kitabının çapdan çıxması ardınca Trampın psixoloji problemləri məsələsi daha çox diqqət mərkəzində durub. 

Bu kitabın müəllifi Maykl Volf Trampın prezidentliyinin bir illiyini qeyd edərək bildirib ki, Tramp keçmiş dostlarını tanıya bilmir və hətta təkrar nağılları da unudur. 

Teqlər