Yan 08, 2018 20:21 Asia/Baku
  • Britaniyada 5 dəmiryol şirkətinin işçiləri etiraza qalxıb
    Britaniyada 5 dəmiryol şirkətinin işçiləri etiraza qalxıb

Britaniyada ötən gecədən başlanan 5 dəmiryol şirkətinin işçilərinin işə çıxmaqdan imtina etməsi yüz minlərlə sərnişinin çaşbaş vəziyyətə düşməsi ilə nəticələnib.

İRNA-nın məlumatına görə, bu tətil aksiyaları qatar stansiyalarında konduktorların ləğv edilməsi və sərnişinlərin təhlükəsizliyinin təhlükə ilə üzləşməsinə etiraz üzrə keçirilir. 

Britaniya hökumətinin layihəsinə əsasən, qatar qapılarının bağlanmasından arxayın olmaq məsuliyyətini üzərinə götürən konduktor şöbəsinin işçiləri başqa xidmət sektorlarına göndərilməlidir. 

Britaniya KİV-nin məlumatına görə, gələn çərşənbə və cümə günlərində də bu aksiyalar təkrarlanacaq.

Britaniya hökumətinin konduktorların ləğvi üzrə layihəni təqdim etməsindən sonra artıq bir neçə dəfədir ki, dəmiryol işçiləri bu qərara etiraz edirlər. 

Tətil aksiyaları ilə yanaşı qeyd edək ki, yeni ilin əvvəlindən Britaniyada qatar biletinin qiyməti orta hesabla 3,4% bahalaşıb. 

Teqlər