Yan 11, 2018 13:37 Asia/Baku
  • 
İran ordusunun komandosları Sançi neft tankerinin ekipaj heyətini xilas etmək üçün ezam olundu
|سردبیر: -	|دبیر: جبار علایی	|مترجم: اِلنور باقش اف	|ویراستار: اِلنور باقش اف	

İran İslam Respublikası ordusu dəniz qoşunlarının komandosları və mütəxəssi
    İran ordusunun komandosları Sançi neft tankerinin ekipaj heyətini xilas etmək üçün ezam olundu |سردبیر: - |دبیر: جبار علایی |مترجم: اِلنور باقش اف |ویراستار: اِلنور باقش اف İran İslam Respublikası ordusu dəniz qoşunlarının komandosları və mütəxəssi

Əfqanıstanın şərqində Nəngərhar vilayətində İŞİD terror qruplaşmasının bir sərkərdəsi və Taliban qrupunun bir üzvü öz tabeliyində olan bir qrupla əfqan təhlükəsizlik qüvvələrinə təslim olublar.

İRİB-in məlumatına görə, Əfqanıstanın şərqində Nəngərhar valiliyinin sözçüsü Ətaullah Xugyani bildirib: Əbdül-Mənan və İŞİD-in yeddi üzvü, həmçinin Fəridullah və Talibanın 6 üzvü öz silahlarını təhlükəsizlik qüvvələrinə təhvil verib və təslim olublar. 

Bu iki başçının Nəngərhar Milli Təhlükəsizlik İdarəsinin səyləri nəticəsində təslim olduğunu bildirən sözçü əlavə edib: Bu iki nəfər, Nəngərhar vilayətinin Xugyani, Piçirama və Çəpərhar rayonlarında hökumət əleyhinə hərəkətlər həyata keçirib. 

Nəngərhar valiliyinin sözçüsü deyib: Cari ildə 160-dan çox terror şübhəlisi, o cümlədən 44 İŞİD qruplaşmasının üzvü bu vilayətdə əfqan təhlükəsizlik qüvvələrinə təslim olub. 

2 gün öncə də Bədəxşan vilayətində Talibanın 40 üzvü sülh prosesinə qoşulub. 

Teqlər