Yan 11, 2018 17:04 Asia/Baku
  • ABŞ vətəndaşları fələstinli yeniyetmə qızın azadlığını tələb etdilər
    ABŞ vətəndaşları fələstinli yeniyetmə qızın azadlığını tələb etdilər

ABŞ paytaxtında onlarla nəfər aksiya keçirərək fələstinli yeniyetmə qızın dərhal sionist rejim həbsxanasından azad edilməsini istəyib.

İRİB-in məlumatına görə, Kod Pinq anti-müharibə qrupunun dəvəti ilə fələstinli yeniyetmə qız Əhid Ət-Təmiminin azad olunmasına çağırış üzrə onlarla nəfər paytaxt Vaşinqton DC-də aksiya keçirib. 

Etirazçılar əllərində plakatlar tutaraq 16 yaşlı fələstinli yeniyetmə qızın sionist hərbçilər tərəfindən həbs edilməsini pisləyib və onun azadlığını tələb ediblər. 

BMT baş katibi Antonio Quterreş də fələstinli yeniyetmə qız Əhid Ət-Təmiminin sionist rejim həbsxanasında həbsinin davam etməsindən kəskin şəkildə nigaranlıq edib. 

Sionist rejimin 2018-ci ilin ilk günlərindəki cinayətləri əsasən fələstinli uşaqların bu işğalçı rejimin repressiyalarına məruz qalması ilə nəticələnmişdir. 

Qərbdə Kütləvi İnformasiya Vasitələri bir müddət öncə məlumatlar yayımlayaraq etiraf ediblər ki, 2000-ci ildən 2017-ci ilin fevral ayına qədər işğalçı İsrail rejimi hərbçilərinin hücumlarında 2069 uşaq şəhid olub. 

Teqlər