Yan 11, 2018 21:35 Asia/Baku
  • Boko Haram terrorçuları Kamerunun şimalında bir bölgəyə hücum etdi
    Boko Haram terrorçuları Kamerunun şimalında bir bölgəyə hücum etdi

Kamerunda məlumatlı dairələr Boko-Haram terror qruplaşmasının ölkənin şimalında bir bölgəyə hücum etdiyini bildiriblər.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Kamerunda məlumatlı dairələr bildiriblər: Boko Haram terror qruplaşmasının şimalda Kolofata bölgəsinə hücumu nəticəsində üç nəfər həlak olub. 

Boko Haram terrorçuları 2009-cu ildə Nigeriyanın şimalını ələ keçirmək məqsədilə silahlanıblar və hücumlarını Niger, Çad və Kamerunun şimalına genişləndiriblər. 

Bu ölkə dövlətləri, xüsusilə də Nigeriyanın Boko Haram terror rquplaşması ilə mübarizədəki acizliyi Afrikada müharibə və qarşıdurmanın uzanmasına gətirib çıxarıb. 

Boko Haram terror qruplaşması indiyə qədər Nigeriya, Kamerun, Niger və Çadda 20 mindən çox insanı qətlə yetirib və 2 milyon nəfəri didərgin salıb. 

Teqlər