Yan 13, 2018 10:01 Asia/Baku
  • Kanadada hicablı qız uşağına hücum edilib
    Kanadada hicablı qız uşağına hücum edilib

Toronto polisi bildirib ki, dünən əlində qayçı olan bir kişi hicablı bir qız uşağına yaxınlaşaraq onun baş örtüyünü cırıb və aradan çıxıb.

Frans Pressin verdiyi məlumata görə, 11 yaşlı qız uşağı yerli telekanala deyib ki, ona hücum edən kişi ona söyüş verərək baş örtüyünü qayçılayıb. 

Toronto polisi qız uşağının zərər çəkmədiyini bildirib. 

Ontario əyalətinin birinci naziri Katlin Vin bu hərəkəti pisləyərək onun alçaq və nifrət doğuran hərəkət olduğunu deyib. 

Keçmişdə də Kanadanın Kebek şəhərində də bir məscidə silahlı hücumda 5 nəfər ölmüşde və bir neçə adam yaralanmışdı.

 

Teqlər