Yan 13, 2018 18:14 Asia/Baku
  • Trampın irqçi sözləri və amerikalı jurnalistin etirazları
    Trampın irqçi sözləri və amerikalı jurnalistin etirazları

Bir amerikalı qadın jurnalist ABŞ prezidentinin iclasının ardınca suallar irəli sürərək, dolayısı ilə Trampın irqçi düşüncələrinə etiraz edib.

Röyters-in verdiyi məlumata görə, amerikalı bir qadın jurnalist ABŞ prezidenti Donald Trampın Afroamerikalıların mədəni hərəkatının rəhbəri Martin Luter Kinqin şərəfinə təşkil edilmiş anım mərasimindən çıxdığı zaman, uca sələ ona xitabən deyib: Cənab prezident! Dünən dediklərinizə görə üzr istəyəcəksiniz? Cənab prezident! Siz bir irqçisiniz? Cənab prezident! Dünənki çıxışınızla bağlı reaksiyalara cavab verəcəksiniz?

Tramp bu jurnalistin suallarını cavabsız qoyaraq, oradan uzaqlaşıb. 

ABŞ prezidenti cümə axşamı etdiyi çıxışında bəzi Haiti və Salvador habelə, bəzi Afrika ölkələrini "çirkab" adlandırıb və bu ölkələrdən artıq mühacirlərin qəbul edilməməsini istəyib. 

Teqlər