Yan 16, 2018 12:23 Asia/Baku
  • Tramp Amerikanın xəcalətli olmasına bais olur
    Tramp Amerikanın xəcalətli olmasına bais olur

ABŞ-ın sabiq müdafiə naziri bu ölkə prezidentinin hərəkətləri və sözlərinin amerikalılar üçün başıaşağılılıq və xəcalət gətirdiyini bildirib.

ABŞ-ın sabiq müdafiə naziri Çak Hagel "Linkoln Cournal Star" qəzeti ilə müsahibədə bildirib ki, Donald Tramp beynəlxalq arenada bu ölkəyə böyük zərərlər vurubdur. O, Amerika prezidentini "xəcalət mənbəyi" adlandırıb.

ABŞ-ın sabiq müdafiə naziri əlavə edib ki, Tramp qəsdən "Trans-Sakit okean əməkdaşlığı razılaşması" kimi ticarət razılaşmalarından və koalisiyalardan çıxmaqla bu ölkəni və dünyanı təfriqəyə düçar edir.

ABŞ-ın sabiq müdafiə nazirinin sözlərinə görə, Trampın dünyaya arxa çevirməsindən əlavə, onun informasiya icmasına hücumları da dağıdıcıdır.

Çak Hagelin "Linkoln Cournal Star" qəzeti ilə müsahibədə söylədiyi sözlər Trampın bəzi Afrika və Amerika ölkələrinə qarşı sərt və təhqiramiz sözləri üstündə yaranmış münaqişələrin qızğın çağında söylənibdir.

Teqlər