Yan 16, 2018 13:12 Asia/Baku
  • Peruda zəlzələ; onlarla yaralı
    Peruda zəlzələ; onlarla yaralı

Peru milli fövqəladə əməliyyat mərkəzi bu ölkənin sahilində yerləşən bir məntəqədə altı tam onda səkkiz bal gücündə yeraltı təkanın baş verməsi nəticəsində onlarla nəfərin yaralanmasından xəbər verib.

Peru milli fövqəladə əməliyyat mərkəzi dünən bir bəyanatda bildirib ki, Arekipa məntəqəsində rixter şkalası ilə altı tam onda səkkiz bal gücündə yeraltı təkanın baş verməsi nəticəsində yüzdən çox insan yaralanıb.

Peru milli fövqəladə əməliyyat mərkəzi bu bəyanatda vurğulayıb ki, Arekipa məntəqəsində yüzlərlə mənzil də xəsarət alıbdır.

Peru geofizika institutu bu zəlzələnin  yerin 56 kilometr dərinliyində baş verdiyini və onun episentrinin Arekipa məntəqəsinin Lomas şəhərinin cənubunda yerləşdiyini bildiribdir.