Yan 16, 2018 17:04 Asia/Baku
  • Trampın illik çıxışının boykot edilməsi davam edir
    Trampın illik çıxışının boykot edilməsi davam edir

ABŞ konqresinin nümayəndələr palatasının beşinci üzvü bildirib ki, bu ölkə prezidentinin illik çıxışını boykot edəcək.

"Hil" nəşri saytının məlumatına görə, ABŞ konqresinin nümayəndələr palatasının demokrat üzvü Pramila Cayapal bu gün bildirib ki, bu ölkənin prezidenti Donald Trampın "ölkənin vəziyyəti" adı altında yanvarın otuzunda olacaq illik çıxışını boykot edəcək.

ABŞ konqresinin bu üzvü əlavə edib: Bu məsələ heç bir vəchlə qəbulediləsi deyildir ki, Ağ Ev irqçiliyi və nifrəti yaymış, prezident də ixtilafları şiddətləndirmiş olsun.

Florida ştatından olan ABŞ konqresinin nümayəndələr palatasının üzvü Fredrika Vilson da bildirib ki, Trampın Afrika ölkələrinə qarşı təhqirinə etiraz olaraq, onun illik çıxışında iştirak etməyəcəkdir.

Teqlər