Yan 17, 2018 08:54 Asia/Baku
  • Çin: nüvə anlaşmasını dəstəkləyirik

Çinin BMT-dəki səfiri çərşənbə axşamı deyib: Pekin nüvə anlaşmasını dəstəkləyir

Vu Haitao İRNA ilə müsahibədə deyib: Çin İran və 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşmasına sadiqdir. 

Çinin xarici işlər naziri Vanq Yi də şənbə günü İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığında Pekinin nüvə anlaşmasının qorunmasındakı aktiv və konstruktiv rolunu davam etdirəcəyini deyib. 

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini habelə, Avropa ölkələri başçıları da ötən aylarda dəfələrlə İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını beynəlxalq bir anlaşma adlandıraraq, onun beynəlxalq ictimaiyyətə məxsus olduğunu vurğulayıblar. 

Teqlər