Yan 17, 2018 11:03 Asia/Baku
  • Papanın Çiliyə səfəri gərginlik yaratdı

Dünya katoliklərinin rəhbəri Roma papası Fransisin Çiliyə səfər etməsi ilə bir vaxtda bu ölkənin paytaxtı Santiyaqo şəhərində etiraz aksiyası keçirilib. Aksiya polisin müdaxiləsi ilə qarşıdurma ilə nəticələnib.

İRİB-nin verdiyi məlumata görə, Çili polisi çərşənbə axşamı aksiy aiştirakçılarını dağılışmağa məcbur etmək üçün dəyənəkdən istifadə edib. 

Baş verən qarşıdurmada onlarla nəfər saxlanılıb. 

Aksiya iştirakçıları Papanın Çiliyə daxil olmasından bir neçə saat öncədən keşişlərin uşaqlara qarşı cinsi istismarına etiraz edərək, bu kimi hllara yol verənlərin cəzalandırılmasını istəyiblər. 

Papanın Çiliyə daxil olmasından öncə bu ölkədə bir neçə kilsəyə də hücum edilib. 

Papanın Çilidə qalacağı 3 gün ərzində etirazlaraın daha da artacağı gözlənilir. 

Dünya katoliklərinin başçısı yerli kilsələrin etibarını bərpa etmək Çiliyə səfər edib. 

Son zamanlar Çilidə keşişlərin azyaşlı uşaqlara və yeniyetmələrə qarşı cinsi istismarçılığı bu ölkədə kilsələrin öz etibarını itirməsinə səbəb olub. 

Teqlər