Yan 23, 2018 17:15 Asia/Baku
  • Alyaskada 8,2 bal gücündə zəlzələ
    Alyaskada 8,2 bal gücündə zəlzələ

Amerika geologiya təşkilatı Alyaska körfəzində Rixter şkalası ilə 8,2 bal gücündə zəlzələnin baş verməsindən xəbər verib.

Amerika geologiya təşkilatı öz saytında bu yeraltı təkanın hiposentrini iyirmi kilometr, episentrini isə Alyaskanın Çiniyak məntəqəsinin cənub-şərqinin 250 kilometrliyi elan edib.

Hələ bu zəlzələnin tələfat və xəsarətləri barədə bir xəbər yayılmayıbdır.

Bu zəlzələdən sonra Amerikanın Alyaska ştatının bütün sahil məntəqələri və qərb sahilləri, eləcə də Kanadanın "Britiş Kolumbiya" ştatı üçün sunami xəbərdarlığı verilibdir. 

Teqlər