Yan 25, 2018 19:09 Asia/Baku
  • Kabildə bomba partlayışı
    Kabildə bomba partlayışı

Əfqanıstan mənbələri Kabildə bomba partlayışının baş verməsindən xəbər veriblər.

İRİB-in verdiyi məlumata görə Əfranıstan mənbələri bu gün günorta bildiriblər ki, Kabilin qərbində Əfqanıstan polisinin 5-ci rayon gərargahı ərazisində bir bomba partlayıb ancaq tələfatsız ötüşüb. 

Silahlı hücumların şənbə gecə Kabildə  Intercontinental hotelinə hücumunda isə onlarla adam ölmüş və yaralanmışdı. 

Son aylarda Kabil şəhəri bir neçə terror aktının şahidi olub və bunların nəticəsinə yüzlərlə adam ölüb və yaralanıb. 

Qeyd edək ki, İŞİD terrorçuları və taliblər qrupu bu hücumların məsuliyyətini öz üzərlərinə götürüblər. 

Başqa məlumata görə, Əfqanıstanın təhlükəsizlik qüvvələri Nəngərhar vilayətində Cəlalabad şəhərində bir neçə ədəd raket aşkar edərək bu şəhərə raket hücumunun qarşısını alıblar bu əməliyyatda bir nəfər həbs edilib. 

Teqlər