Yan 27, 2018 11:49 Asia/Baku
  • Trampın Davosdakı açıqlaması qalmaqal yaratdı
    Trampın Davosdakı açıqlaması qalmaqal yaratdı

ABŞ prezidenti Donald Trampın Davos Forumunda Kütləvi İnformasiya Vasitələri əleyhinə təhqiramiz açıqlaması iştirakçıların reaksiyasına səbəb olub.

APTN televiziyasının məlumatına görə, ABŞ prezidentinin cümə günü Davos İqtisad Forumunda Kütləvi İnformasiya Vasitələri əleyhinə açıqlaması iştirakçıların "Sus!" kimi ifadələrinə səbəb olub.

Tramp bu forumda deyib: "İş adamı olduğum vaxtda KİV-in mənimlə davranışı çox yaxşı idi. Lakin siyasətçi olduğu vaxtda, KİV-in nə qədər "alçaq", "mənfur" və "yalançı" olduğunu anladım.

Teqlər