Fev 01, 2018 20:10 Asia/Baku
  • ABŞ və Kanadada
    ABŞ və Kanadada " hicab günü" qeyd olunub

Amerika və Kanada universitetlərinin tələbələri ümumdünya hicab günü mərasimləri keçiriblər.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, ABŞ-ın Florida Universitetinin tələbələri bu gün ümumdünya hicab günündə " İslam ayı" tədbirləri çərçivəsində " hicabla bir gün" adlı proqram həyata keçiriblər. 

Bu tədbirdə bəziləri ilk dəfə hicab bağlayan 80 qeyri-müsəlman tələbə islami geyim metodları ilə tanış olublar. 

Amerikanın Missisipi universitetinin müsəlman tələbələr cəmiyyəti də ümumdünya hicab günü münasibəti ilə " hicablı gün" tədbirləri keçirib. 

Kanadanın Ontario vilayətinin Sent Katarinz bölgəsinin müsəlmanları da bu tədbirləri Mək Nis islami məktəbdə həyata keçiriblər. 

Amerikanın Mayami univesitetində isə ümumdünya hicab günü hicab haqqı ilə həmrəylik şüarı ilə keçirilib. Artıq yeddi ildir 1 fevral ümumdünya hicab günü olaraq qeyd olunur. Bu gündə qeyri-müsəlman qadınlar hicabı təcrübə edirlər. 

Amerikalı müsəlman qadın Nəzmə Xanın 2013-cü ildə başlatdığı bu tədbir hər il daha da genişlənir. 

 

 

Teqlər