Fev 03, 2018 10:53 Asia/Baku
  • Yüzlərlə tacik terror fəaliyyəti ittihamı ilə axtarışdadır
    Yüzlərlə tacik terror fəaliyyəti ittihamı ilə axtarışdadır

Tacikistanın təhlükəsizlik rəsmisi ölkədə terror fəaliyyətlərində suçlanan yüzlərlə vətəndaşın axtarışa verildiyini bildirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Tacikistan Daxili İşlər Nazirliyinin rəsmisi Qüdrətullah Nəzərzadə deyib: 2017-ci ildə təxminən 1041 nəfər axtarışa verilib. Onların 630 nəfəri terror və radikal fəaliyyətlərdə suçlanır. 

Tacikistanın təhlükəsizlik rəsmisi əlavə edib: Ötən üç il ərzində Şimali Siğd vilayətində üç terror aktı baş verib. Bu terror aktlarından birində Cabbar Rəsulov rayonu prokurorluq binası hücuma məruz qalıb, lakin bu hücum zərərsizləşdirilib və bir qrup terrorçu yaxalanıb. 

Rusiya son illər ərzində bu ölkə ərazisindən Suriyada İŞİD terror qruplaşmasına qoşulmaq üçün istifadə etməyə cəhd edən bir qrup Tacikistan vətəndaşını saxlayıb və onları Tacikistan tərəfinə təhvil verib. 

Teqlər