Fev 07, 2018 20:35 Asia/Baku
  • BMT-nin nümayəndə heyəti Myanmanın Raxin vilayətinə baxış keçirib

BMT-nin nümayəndə heyəti Ruhinqa müsəlmanlarının öz yaşadıqları torpaqlara geri qayıda bilmələri üçün Myanma dövlətinin hazırlığını dəyərləndirmək məqsədi ilə bu ölkəyə səfər edərək, Raxin vilayətinə baxış keçirib.

Asia Vijn bildirir ki, BMT habelə, Myanma ilə qonşu olan ölkələrin rəsmilərindən ibarət bir heyət Myanma dövlətinin hazırda Banqladeşdə qaçqın düşərgələrində yaşayan Ruhinqa müsəlmanlarının Raxin vilayətindəki evlərinə geri dönmələri istiqamətində atdığı addımlar və gördüyü tədbirləri dəyərləndirmək üçün Raxin vilayətində olub.

BMT təqribən 962 min Ruhinqa müsəlmanının Myanmada onlara qarşı kütləvi repressiyaların başlanmasının ardınca Banqladeşə sığındığını bildirir.

Teqlər