Fev 09, 2018 15:44 Asia/Baku
  • Rusiya Suriya əsas qanun komissiyasının təcili təşkilinə çağırıb
    Rusiya Suriya əsas qanun komissiyasının təcili təşkilinə çağırıb

Rusiya BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsini Suriya əsas qanun komissiyasının təcili təşkilinə təşviq edib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib ki, Moskva BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan Di Misturanı Suriya əsas qanun komissiyasının təşkili istiqamətində addımlar atmağa çağırır.

Boqdanov əlavə edib: Moskva bu komissiyanın üzvlərinin sayı barədəki təkliflərini verib. Rusiya Di Misturadan istəyir ki, zamanı itirməmək üçün tez bir zamanda və fəalcasına bu addımı atsın.

Bu rus diplomat deyib: Suriya milli dialoq konfransının nəticələri Suriya əsas qanun komissiyasının təşkili və bu ölkə konstitusiyasının işlənib hazırlanması üçün son dərəcə mühümdür.

Rusiya xarici işlər nazirinin müavini belə qeyd edib: Moskva cümə axşamı günündən bəri bu komissiyanın təşkili barədə suriyalı müxaliflərin nümayəndələrilə görüşlərə başlayıb.

Bundan öncə Di Mistura demişdi ki, Suriya müxaliflərinin müzakirə aparan ali heyətinin üzvləri Soçi konfransında iştirak etməsələr də bu komissiyanın fəaliyyətində iştirak edəcəklər. Suriya əsas qanun komissiyası qərar üzrə bu ölkənin yeni konstitusiyasının ilkin mətnini tənzim etməlidir.

Rusiya yanvarın 29-u və 30-da Soçi şəhərində Suriya milli dialoqunu keçirdi.

Teqlər