Fev 09, 2018 19:34 Asia/Baku
  • Argentina ABŞ-ın xəbərdarlığını tənqid edib
    Argentina ABŞ-ın xəbərdarlığını tənqid edib

Argentina ABŞ-ın Çin və Rusiyanın Latın Amerikasındakı ticarət əlaqələri qarşısındakı xəbərdarlığını tənqid edib.

Argentina dövləti dünən ABŞ dövlət katibinin son sözlərini tənqid edərək, bildirib ki, Rusiya və Çin ilə yaxşı ticarət əlaqələrinə malik olmaq böhrana gətirib çıxarmayacaqdır.

Argentinanın beynəlxalq iqtisadi əlaqələr naziri Horasio Reyser Rusiya və Çin ilə ticarət mübadilələrinin artırılmasını istəyərək, vurğulayıb ki, bu iki ölkədən investisiyanın qəbul edilməsi, həmçinin onlarla ticarət sahəsində həmkarlıq daxil olmaqla əməkdaşlıqların genişləndirilməsi üzrə fürsətlər mövcuddur.

ABŞ dövlət katibi Reks Tillerson Latın Amerikasına regional səfərindən öncə ötən həftə Rusiya və Çinin Latın Amerikasındakı iştiraklarının artması haqda xəbərdarlıq etmişdi.

Teqlər