Fev 12, 2018 17:08 Asia/Baku
  • Rusiya yeni raketini sınaqdan keçirib
    Rusiya yeni raketini sınaqdan keçirib

Rusiyanın Müdafiə Nazirliyi bu ölkənin aviasiya qüvvələrinin hava hücumundan müdafiə məqsədli yeni bir raketi sınaqdan keçirməsindən xəbər verib.

"Krasnaya Zvezda" qəzetinin yazdığına görə, Rusiyanın aviasiya qüvvələrinin komandan müavini Andrey Perixodko deyib: Hava hücumundan müdafiə məqsədli yeni raket Rusiyanın Qazaxıstandakı "Sarı Şaqan" hərbi poleqonunda uğurla sınaqdan keçirilib. 

Perixodko əlavə edib: Bu yeni raket sisteminin texniki xüsusiyyətləri və taktiki özəllikləri öncəki model ilə müqayisədə daha yüksək dəqiqliyə, istifadə ömrünə və daha uzun uçuş məsafəsinə malik olmasıdır. 

Teqlər