Fev 15, 2018 11:13 Asia/Baku
  • Rusiya Suriyanın daxili məsələlərində xarici müdaxilələr haqda xəbərdarlıq edib
    Rusiya Suriyanın daxili məsələlərində xarici müdaxilələr haqda xəbərdarlıq edib

Rusiyanın BMT-dəki nümayəndəsi Suriyanın daxili məsələlərində xarici müdaxilələr haqda xəbərdarlıq edib və bildirib: Bu müdaxilələr məsələlərin mürəkkəbləşməsi və gərginliklərin artması ilə nəticələnə bilər.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya Suriya haqda Təhlükəsizlik Şurasının iclasında deyib: Biz beynəlxalq tərəflərin Suriyanın müstəqilliyi və ərazi bütövlüyü prinsipinə etinasızlığından nigaranlığımızı bildirir və bu qənaətdəyik ki, bu müdaxilələr məsələərin daha da mürəkkəbləşməsi ilə nəticələnəcək. 

O əlavə edib: Biz BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Misturaya Suriya konstitusiyasının tənzimlənməsi komitəsini təşkil etmək üçün kömək etməliyik. 

Teqlər