Fev 16, 2018 19:32 Asia/Baku
  • Kanada tələbləri də sionist rejimin boykotçularına qoşuldu

Kanada tələbələri İsrail rejiminin müstəmləkəçiliyi, işğalçılığı ilə mübarizə kampaniyasına qoşulublar.

İsrailin müstəmləkəçiliyi və işğalçılığı ilə beynəlxalq mübarizə Hərəkatı, BDS yəni boykot, yatırım etməmək və sanksiya hərəkatı 12 il öncə 170-dən çox qeyri-hökumət təşkilatının təşəbbüsü ilə formalaşmışdı.

BDS Hərəkatının fəallarından Karn Rodmen deyib: Ötən illər ərzində Kanadada onlarla qrup İsrailin tam boykot edilməsi hərəkatına qoşulub. Bunlar müxtəlif qruplara, o cümlədən fələstinlilərə, sülh qruplara, İsrailə qarşı olan yəhudilər kimi dini qruplara şamil olur.

5 il öncə York Universitetində Kanadanın ən böyük tələbə birliyi dünyadakı oxşar tələbə birliyinə qoşuldu.

York Universitetinin tələbəsi deyib: Qərb sahilində fələstinlilər hərbi qanunlar, eyni zamanda sionist qəsəbə sakinləri təbii qanunlarla yaşayırlar. Bu rasizm deyilsə, bəs ona başqa hansı adı vermək olar?

BDS Hərəkatının fəallarından Karn Rodmen deyib: Kanadada tələbə hərəkatlarının böyük əhəmiyyəti vardır. Elə buna görə, sionist qruplar kanadalı tələbələri sakitləşdirmək üçün çox çalışdılar. Amma uğur qazana bilmədilər.

York Universitetinin tələbəsi deyib: York Universiteti fələstinlilərlə birlikdədir. Siz bizi hədələyə və ya sakitləşdirə bilməzsiniz.

Bu hərəkatın son nailiyyətində, York Universitetinin humanitar elmlər İnstitutunun tələbələri İsrailin universitet mərkəzlərini boykot ediblər.

 

Teqlər