Fev 16, 2018 21:32 Asia/Baku
  • Heili: Təhlükəsizlik Şurasının İran əleyhinə addım atmasının vaxtıdır

ABŞ-ın BMT-dəki səfiri Yəmənə silah göndərmək haqda İran əleyhinə iddiaları təkrarlayaraq deyib: Təhlükəsizlik Şurasının İran əleyhinə addım atmasının vaxtıdır.

Fars Xəbər Agentliyinin məlumatına görə, İran əleyhinə mövqeləri ilə məşhurlaşan Niki Heili cümə axşamı günü İranın Yəmən silah göndərməsinə dair BMT ekspertlərinin hesabatının olduğunu iddia edib və deyib: Bu hesabatın yayılması ilə artıq Təhlükəsizlik Şurasının addım atmasının vaxtı gəlib çatmışdır.

Heilinin iddiası ilə yanaşı qeyd edək ki, BMT-nin ekspert komitəsinin hesabatında İrandan Yəmənə raket göndərilməsi iddiası əks olunub və bildirilib: Tehran bu komitənin məktubuna reaksiyada bildirib: İranın Yəməndə hərbi iştirakı yoxdur. Lakin Sənada diplomatik nümayəndəsi vardır. Hazırkı böhranın diplomatik həll yolunu tapmağa çalışmaq istiqamətində məsləhətlər verir.

Bununla belə Heili öz bəyanatında bir daha iddia edib ki, İran qeyri-qanuni şəkildə Yəmənə silah göndərir və BMT qətnaməsini pozub.

Heilinin İran əleyhinə mövqeyi elə bir haldadır ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin ABŞ-ın dəstəyi ilə Yəməndəki müharibəsi indiyə qədər on minlərlə yəmənlinin həlak olması, yaralanması və milyonlarla nəfərin didərgin düşməsi ilə nəticələnib.

Teqlər