Fev 17, 2018 19:56 Asia/Baku
  • ABŞ Suriyadan böyük bir hissəni ayırmağa çalışır
    ABŞ Suriyadan böyük bir hissəni ayırmağa çalışır

Rusiyanın xarici işlər naziri Segey Lavrov bildirib ki, Amerika müstəqil bir məntəqə yaratmaq və onun idarəsini kürdlərə tapşırmaq formasında Suriya ərazisindən böyük bir hissəni ayırmağa çalışır.

Rusiyanın xarici işlər naziri "Avronyus" xəbər kanalı ilə müsahibədə əlavə edib: Amerikanın xüsusi təyinatlı qüvvələri və bu ölkənin digər hərbi bölmələri Suriyanın qanuni dövlətinin dəvəti olmadan və tamamilə qanunsuz şəkildə Suriya Ərəb Respublikasının ərazisində yerləşiblər.

O, ABŞ-ın Suriyadakı işğalçılığının davam etməsini tənqid edərək deyib: Amerikalılar bu qəsbkarlığı əsaslandırmaq üçün hətta BMT-nin Təhlükəsizlik Şurasından belə, icazəyə malik deyillər. 

Lavrov deyib: Belə görünür ki, Amerikanın strategiyası, BMT Nizamnaməsi və beynəlxalq qərarların pozulmasına rəğmən, Suriya ərazisində yerləşməsinin davam etməsidir.

Lavrov söyləyib: Amerikalıların təkcə regionun bir hissəsindəki geopolitik məqsədləri və cüzi dərkinə əsasən, kürdlər məsələsilə oyun, odla oyun deməkdir.

Teqlər