Fev 19, 2018 18:04 Asia/Baku
  • NATO-nun baş katibi Rusiyanı nüvə yarışmasında ittiham edib
    NATO-nun baş katibi Rusiyanı nüvə yarışmasında ittiham edib

NATO baş katibi Rusiyanı özünün nüvə cəbbəxanalarını modernləşdirməklə və raket sınaqları həyata keçirməklə Avropanın təhlükəsizliyini təhdid etməkdə ittihalandırıb.

Bild qəzetinin yazdığına görə NATO baş katibi Yens Stoltenberq iddia edib ki, Rusiya Amerika ilə imzaladığı orta və qısa mənzilli raketlərin(ANF) məhv edilməsi müqaviləsini pozub və bu Avropada yeni nüvə yarışmasının başlanğıcı ola bilər. 

Stoltenberq deyib: Bu sahədə Rusiyanın təşəbbüsləri bütün NATO üzvlərini nigaran edib. 

Stoltenberq Moskvadan sözü gedən müqavilənin maddələrinə sadiq qalmasını, müdafiə layihələri və hərbi təlimlər sahəsində lazımlı şəffaflığa riayət etməsini istəyib. 

Stoltenberqin bu bəyanatına baxmayaraq Rusiya müəyyən faktlar təqdim edərək Amerikanın sözü gedən müqaviləni pozduğunu bildirib. 

Teqlər