Fev 21, 2018 13:58 Asia/Baku
  • Ermənistanın xarici borcları

Ermənistan dövləti bu ölkənin 2017-ci ilə olan xarici borclarının həcmini 6 milyard 775 milyon dollar elan edib.

İRİB-nin verdiyi məlumata görə, xarici borclardan əziyyət çəkən Ermənistan dövləti 2018-ci ildə xarici borclarını bir qədər azaldacağına ümidvar olduğun deyib.

İqtisadçı ekspertlər isə Ermənistan hökumətinin 2018-ci il üçün dövlət büdcəsinin minimum üçdə birini xarici borcların ödənilməsinə sərf etməli olduğunu bildirirlər.

Ermənistan dövlətinin xarici borclarının 68%-ini Dünya Bankı və Beynəlxalq Valyuta Fondu başda olmaqla beynəlxalq maliyyə təşkilatlrına olan borclar təşkil edir.

Analitiklərin dediklərinə görə Ermənistanın xarici borclarının artmasının səbəbi ölkənin iqtisadi börhandan əziyyət çəkməsidir. İqtisadi böhran Ermənistan dövlətinin dövlət qulluqçularının aylıq əmək haqlarını təmin etməkdən aciz olmasına və buna görə də xarici borclara üz tutmasına səbəb olub.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Türkiyə əleyhinə ərazi iddiası bu ölkənin mühüm regional iqtisadi layihələrdən kənarda qalmasına, ölkə iqtisadiyyatının iflic olmasına və əhalinin yoxsulluqdan əziyyət çəkməsinə səbəb olub.

Teqlər