Fev 22, 2018 09:40 Asia/Baku
  • Boko-Haram 111 məktəbli qızı oğurlayıb

Boko-Haram terror qruplaşması Nigeriyada bir daha məktəbli qızları oğurlayıb.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Nigeriya polisi çərşənbə günü bildirib: Boko-Haram terror qruplaşmasının ölkənin şimal-şərqində məktəbə hücumundan sonra bu məktəbin 111 şagird qızı yoxa çıxıb.

Bu artıq ikinci dəfədir ki, Boko-Haram terror qruplaşması Nigeriyada şagirdləri oğurlayır. 

Bundan öncə 2014-cü ilin aprel ayında Boko-Haram Çibokda bir bölgəyə hücum edərək 270 şagird qızı oğurlamışdı. 

Boko-Haram terror qruplaşması 2009-cu ildə Nigeriyanın şimalında yerləşmək məqsədilə hücumlarına başladı. 2015-ci ildə bu hücumları Niger, Çad və Kamerunun şimalına da genişləndirdi. 

Boko-Haramın 2009-cu ildən bəri hücumları nəticəsində həlak olanların sayı 20 min nəfəri keçib. 

Boko-Haram terror qruplaşmasının fəaliyyət göstərdiyi ölkələrin bu qrupla mübarizədəki acizliyi terrorizmlə savaşın yorucu olmasına gətirib çıxarmışdır. 

Teqlər