Fev 22, 2018 18:54 Asia/Baku
  • Britaniya parlamenti Ərəbistan vəliəhdinin səfərinə qarşı çıxdı

Britaniya parlamentinin 22 deputatı Ərəbistan vəliəhdinin İngiltərəyə səfərinə qarşı kampaniyaya qoşularaq bu səfərə etirazları gücləndirib.

Qətərin Əş-Şərq qəzetinin məlumatına görə, Britaniyanın 22 deputatı Ərəbsitanın Yəmənə müharibə təcavüzü, eləcə də bu ölkənin qonşularla əlaqədar daxili və xarici siyasətlərinə görə, Ərəbistan vəliəhdi və müdafiə naziri Məhəmməd Bin Salmanın Britaniyaya səfərinə qarşı çıxıb. 

Məlumata görə, səfərə qarşı olan deputatlar Ben Salmanı Ərəbistan, Yəmən, Bəhreyndə insan haqlarının pozulması və Qətər əleyhinə sanksiyaların tətbiq olunmasının səbəbkarı hesab edirlər. 

Ərəbistan vəliəhdinin səfərinin ləğv olunması müraciəti, Britaniyada insan haqları qurumları, hüquqşünaslar və fəalların Ərəbistana silah ixracatına qarşı çıxması ardınca irəli sürülüb. 

Teqlər