Fev 22, 2018 18:56 Asia/Baku
  • Almaniya və Fransa terrorçulara ürəyiyananlar sırasına qoşuldular

Almaniya kansleri və Fransa xarici işlər naziri Şərqi Qutənin vəziyyəti haqda irəli sürülən iddiaları təkrarlayaraq Avropa Birliyindən İran və Rusiya qarşısında durmasını istəyiblər.

Associated Pressin məlumatına görə, Almaniya kansleri Angella cümə axşamı günü Avropa Birliyindən Suriyada, xüsusilə də Dəməşqin şərqində Şərqi Qutədə hadisələr prosesinin dəyişilməsi məqsədilə İran və Rusiyaya təzyiqləri artırmasını istəyib. 

Merkel Almaniya parlamentində iddia edib ki, ötən günlərdə Şərqi Qutənin bombalanması nəticəsində yüzlərlə nəfər həlak olub. 

Fransa xarici işlər naziri Jan İv Le Drian da iddia edib ki, Suriya hökumətinin yüzlərlə nəfərin həlak olması ilə nəticələnən Dəməşqin ətrafına hücumu Bəşşar Əsədin ölkə vətəndaşlarının düşməni olduğunu və sonda iqtidardan gedəcəyini göstərir. 

Suriya ordusunun terrorçular və müxaliflərin gizli bağçası hesab olunduğu Şərqi Qutədə onların iştirakına son qoymaq üzrə əməliyyatı terrorçuların qərbli himayədarlarının güclü nigaranlığına səbəb olub. 

Bu əməliyyat atəşkəs razılaşması əsasında həyata keçirilir. Bu razılaşma 4 may 2017-ci ildə İran, Rusiya və Türkiyənin Suriyada atəşkəsin zəmanətçiləri və müşahidəçiləri olaraq imzalanmışdır.