Fev 23, 2018 11:43 Asia/Baku
  • Monteneqroda ABŞ səfirliyinə qarşı intihar hücumu
    Monteneqroda ABŞ səfirliyinə qarşı intihar hücumu

ABŞ rəsmiləri təsdiq ediblər ki, bu ölkənin Monteneqrodakı səfirliyi intihar hücumuna məruz qalıb.

ABŞ dövlət katbinin ümumi diplomatiya məsələləri üzrə müavini İrvin Qoldsteyn bildirib ki, bu ölkənin Monteneqronun paytaxtı Podqoritsadakı səfirliyi intihar hücumuna məruz qalıbdır.

Monteneqronun dövlət başçıları da dünən təsdiq ediblər ki, naməlum bir şəxs ABŞ-ın Monteneqrodakı səfirliyinin binasına tərəf bir partlayıcı vasitəni atdıqdan sonra intihar edibdir.

Bu məlumata görə, həmin şəxs intihardan bir az öncə ABŞ səfirliyinin binasına bir əl qumbarası atıb. Bu barədə təhqiqat davam edir.

Şahidlər bildiriblər ki, polis avtomobilləri səfirlik ilə üzbəüz küçəni bağlayıblar və görünür, səfirlik binasına xəsarət dəyməyibdir.

Amerikanın Podqoritsadakı səfirliyində 34 amerikalı və 134 yerli işçi fəaliyyət göstərir.

Sabiq Yuqoslaviyanın ən kiçik respublikası olan Monteneqro ötən may ayında NATO-ya qatılmış 29-cu ölkə olubdur.