Fev 23, 2018 12:14 Asia/Baku
  • Rusiya Suriyada atəşkəsin araşdırılmasını şərtləndirib
    Rusiya Suriyada atəşkəsin araşdırılmasını şərtləndirib

Rusiyanın xarici işlər naziri deyib ki, Moskva Suriyada biraylıq atəşkəs layihəsinin araşdırılmasına hazırdır, bu şərtlə ki, Cibhətunnusrə və İŞİD bu atəşkəsdən müstəsna edilmiş olsunlar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Belqradda öz serb həmkarı ilə birgə mətbuat konfransında vurğulayıb: Bu layihədə Rusiyanın təkliflərinə göz yumulacağı halda, Moskva təklif olunan layihəni rədd edəcək.

Lavrov bir daha vurğulayıb ki, Qərbin dəstəyi altında olan BMT Təhlükəsizlik Şurasının qətnaməsi Suriyada hökuməti devirmək məqsədini güdür.

Lavrov əlavə edib: Qərb "Şərqi Vahə" barədəki qətnamə layihəsinin ilkin mətnindən terrorçuların müstəsna olmaları ilə razılaşmağa meylsizdir.

Rusiyanın xarici işlər naziri həmçinin deyib: Cibhətunnusrə öz iradəsilə "Şərqi Vahə"ni tərk etmək üzrə Rusiyanın təklifini rədd edib.

İsveç və Küveytin BMT-dəki diplomatik heyətləri humanitar və tibbi yardımların göstərilməsi məqsədilə Suriyada otuzgünlük atəşkəsin elan olunması barədə qətnamə layihəsini təqdim ediblər.

Teqlər