Fev 23, 2018 20:47 Asia/Baku
  • ABŞ Ukraynanın şərqində işğalçı qüvvələr yerləşdirmək istəyir
    ABŞ Ukraynanın şərqində işğalçı qüvvələr yerləşdirmək istəyir

Rusiya dumasının beynəlxalq komitəsinin sədri bildirib ki, ABŞ Ukraynanın şərqində işğalçı qüvvələr yerləşdirmək istəyir.

Rusiya dumasının beynəlxalq komitəsinin sədri Aleksey Puşkov bu gün bir neçə twitt-də yazıb ki, ABŞ dövlət departamenti Rusiyanın BMT-nin sülh nəzarətçilərinin Ukraynanın şərqində yerləşən Donbas məntəqəsində işğalçı ordu qismində yerləşmələrilə razılaşmasını istəyir.

Rusiya dumasının beynəlxalq komitəsinin sədri qeyd edib ki, BMT-nin sülh nəzarətçilərinin münaqişəli Donbas məntəqəsində bu cür yerləşmələri Moskvanın nöqteyi-nəzərincə, icraolunmazdır və ABŞ dövlət departamenti bu reallığı qəbul etməlidir.

Belə bir şəraitdə Rusiya prezidenti də deyibdir ki, BMT-nin sülh nəzarətçiləri münaqişəli Donbas məntəqəsində yalnız ATƏT nəzarətçilərinin mühafizə rolunu oynamalıdırlar.

Teqlər