Fev 24, 2018 10:57 Asia/Baku
  • Putin Suriyadakı rus hrəbçiləri alqışlayıb

Rusiya prezidenti bu ölkənin Suriyadakı hərbçilərini alqışlayıb.

Rusiya Əl-Yəum telekanalının verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin vətən hamiləri günü mərasimində etdiyi çıxışında deyib: bir daha Suriya döyüşlərində iştirak edən Rusiyanın hərbi qüvvələrinə öz təşəkkürümü bildirirəm. 

Putin deyib: Rusiya qüvvələri əla səviyyədə hazırlığa malikdirlər və sonunadək qorxmadan döyüşəcəklər. 

Rusiya prezidenti deyib: Son illərin hadisələri göstərdi ki, Rusiya hərbi hazırlıq, silahların keyfiyyəti və hərbi ehtiyat baxımından dünya səviyyəsində yüksək mövqeyə malikdir. 

Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, Amerika və müttəfiqlərinin o sıradan Britaniya və Fransanın dəstəklədikləri terrorçu qrupların geniş hücumu ilə, regionda balansı sionist rejimin xeyirinə pozmaq məqsədi ilə başladıldı və ardınca Suriya, İran və Rusiyadan terrorizm ilə mübarizədə Dəməşqə yardım etmələrini istədi. 

Teqlər