Fev 24, 2018 11:15 Asia/Baku
  • BAT Fransanı Səudiyyə və BƏƏ-yə silah satışını dayandırmağa çağırıb

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmənə qarşı cinayətlərinin geniş vüsət aldığını nəzərə alaraq Beynəlxalq Amnistiya Təşkilatının silahlı toqquşmalar bölməsinin rəhbəri Fransanın bu ölkələrə silah satışını dayandırmasına çağırıb.

Səudiyyə və BƏƏ öz müttəfiqlərinin dəstəyi ilə 2015-ci il 26 martdan Yəmənə hərbi hücuma başlayıblar. 

Əl-Cəzirə telekanalı bildirib ki, Beynəlxalq Amnistiya Təşkilatının silahlı toqquşmalar bölməsinin rəhbəri Nina Valş deyib: Fransanın silah satdığı ölkələr arasında Səudiyyə Ərəbistanı ikinci, BƏƏ isə altıncı yerdə durur və bu ölkələrə silah satışının dayadırılması böyük zərurət daşıyır. 

Valş həmçinin Yəmənə qarşı hərbi cinayətlərdə Amerika, Britaniya və Braziliya silahlarından istifadə barədə həyata keçirilmiş araşdırmaların nəticələrini təsdiqləyib. 

 

Teqlər