Fev 24, 2018 11:56 Asia/Baku
  • ABŞ İran və Rusiyaya qarşı əsassız ittihamlarını təkrarlayıb

ABŞ prezidenti İran və Rusiyaya qarşı əsassız ittihamlarını təkrarlayaraq bir daha iddia edib ki, Tehran və Moskva Suriyadakı son terror aktlarında məsuliyyət daşıyırlar.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda Avstraliyanın baş naziri Maykl Tranbol ilə birgə mətbuat konfransında etdiyi çıxışında ölkəsinin Suriyadakı müdaxiləçi roluna toxunmadan iddia edib ki, İran və Rusiyanın Suriyada etdikləri rusvayçılıqdır. 

Trampın iddiası elə bir şəraitdə səslənir ki İran və Rusiya Suriyanın qanuni dövlətinin istəyi ilə ABŞ və qərbin dəstək verdiyi terrorizm ilə qarşılaşmaq məqsədi ilə bu ölkədə fəaliyyət göstərməkdədirlər. 

Suriya dövlət rəsmiləri bildiriblər ki, terrorçu qrupların çərşənbə axşamı günü şərqi Qutəyə raket hücumunda 11 nəfər həlak olub və 49 nəfər yaralanıb. 

Amerika və İsrailin dəstək verdikləri terrorçular Suriyanın paytaxtının müxtəlif ərazilərinə davamlı şəkildə raket hücumları həyata keçirirlər və onların bu hərəkəti Suriyada əhatəli atəşkəs rejiminin pozulması deməkdir. 

Suriya 7 ildir ki qərb və bəzi rejion ölkələri o sıradan Səudiyyə Ərəbistanının dəstəklədiyi terrorçu qrupların fəaliyyəti nəticəsində yaranmış böhranla üz-üzədir. Suriya ordusunun və müqavimət qüvvələrinin irəliləyişləri nəticəsində bu ölkə illər boyu müqavimətdən sonra artıq terrorizmə qarşı yekun qələbə ərəfəsindədir. 

Teqlər