Fev 25, 2018 14:57 Asia/Baku
  • Təhlükəsizlik Şurasında atəşkəs
    Təhlükəsizlik Şurasında atəşkəs

BMT-nin Təhlükəsizlik Şurası şənbə günü Suriyada 30 günlük atəşkəslə bağlı 2401 saylı qətnaməni bütün daimi və qeyri daimi üzvlərin lehinə verdikləri səslə qəbul edib.

Təhlükəsizlik Şurasında atəşkəs. Bağlı qapılar araxasında 3 gün davam edən gərgin mübahisələrin sonunda, nəhayət diplomatlar Suriyada 30 günlük atəşkəsin elan edilməsi ilə bağlı qətnaməni qəbul etdilər.

İndi bütün tərəflər humanitar yardımların çatdırılmasını asanlaşdırmalıdırlar. Amma, atəşkəs terrorçu qrupları əhatə etmir. Bu, Suriya və Rusiyanın təkid etdikləri əsas məsələ idi.

Suriyanın BMT-dəki səfiri Bəşşar Cəfəri bu xüsusda deyir: “Atəş odunu özləri alovlandırır, sonra da atəşkəsin bərqərar edilməsini istəyirlər. Terrorçuları müdafiə edirlər, yoxsa Qutəni?”

Qutə Dəməşqin şərqində yerləşən strateji məntəqədir. Bu ərazi həmdə özünün qədim tarixə malik olması ilə məşhurdur. İndi terrorçular buranı öz  yuvalarına çeviriblər. BMT isə Qutəni yer üzərindəki “cəhənnəm” adlandırır.

Rusiya qətnaməni veto etməməsi ilə razılaşıb. Amma, Qərbin bu fürsətdən terrorçuları silahlandırmaq üçün sui-istifadə edəcəyindən də nigarandır. Amerika isə Suriyadakı hazırkı druma görə başlıca olaraq Rusiyanın məsuliyyət daşıdığını deyir.

Qətnamə qəbul edildi. Amma, atəşkəsin yenə də çox kövrək olacağını indidən proqnoz etmək o qədər də çətin deyil. Belə ki, qətnamənin qəbul olunmasına baxmayaraq, Rusiya və ABŞ diplomatları arasında mübahisə hələ də davam edir.