Fev 27, 2018 19:16 Asia/Baku
  • Tillerson və Ağ Ev arasında gərginlik böyüyür
    Tillerson və Ağ Ev arasında gərginlik böyüyür

Trampın yaxınları ilə ABŞ hökumətinin bəzi üzvləri arasında iqtidar savaşının davamında, dövlət katibi yenə də departamentinin məsələlərində müdaxilələri tənqid edib.

Politiko portalının məlumatına görə, ABŞ dövlət katibi Reks Tillerson ABŞ prezidentinin kürəkəni Jared Kuşner, ABŞ-ın BMT-dəki səfiri Niki Heili, Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster dövlət katibinin vəzifəsində müdaxilələrini tənqid edərək deyib: ABŞ-ın dörd dövlət katibi ola bilməz.

Tillerson bildirib: Kuşner İsrail və Fələstin məsələləri üzrə məsul şəxsdir. Lakin bəzən ABŞ-ın Meksika və Çinlə münasibətlərinə daxil olur.

Məlumata görə, Ağ Evin idarə rəhbəri Con Kelli də xarici siyasətlə əlaqədar məsələlər haqda Kuşneri tənqid edib.

Tillerson və Ağ Evin bəzi rəsmiləri arasında ixtilaflar artıb. Belə ki, Tillersonun istefa vermək niyyətində olduğunu və Trampın onun yerinə dövlət katibi seçimini araşdırmaqda olduğu bildirilir.

Teqlər