Mart 04, 2018 10:41 Asia/Baku
  • Qazaxıstan nüvə silahlarının yayılmasını qadağan edən müqaviləni imzaladı
    Qazaxıstan nüvə silahlarının yayılmasını qadağan edən müqaviləni imzaladı

Qazaxıstanın xarici işlər naziri şənbə günü ölkəsinin nüvə silahlarının yayılmasını qadağan edən müqaviləni imzalamasından xəbər verib.

İRNA-nın məlumatına görə, Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov ölkəsi adından bu müqaviləni imzalayıb. 

İran İslam Respublikası da daxil olmaqla 122 ölkə 7 iyul 2017-ci il tarixində BMT-nin Nyu-Yorkdakı mərkəzi qərargahında nüvə silahlarının yayılmasını qadağan edən müqavilənin mətnini təsdiq edib. 

Bu müqavilə nüvə silahlarının istehsalını, sınaqdan keçirilməsini, istehsalını, əldə edilməsini, yiyələnməsini, saxlanılmasını, köçürülməsini, istifadə edilməsini və nüvə silahı ilə təhdidlərin edilməsini qadağan edir. 

İsrail rejimi və nüvə silahına malik olan ölkələr o cümlədən Amerika bu müqaviləni boykot ediblər. 

Nüvə silahlarının yayılmasını qadağan edən müqaviləyə əsasən nüvə silahına malik ölkələr bu müqaviləyə qoşulduqdan sonra müəyyən bir zaman cədvəli əsasında öz nüvə silahlarını məhv etməlidirlər. 

Qazaxıstanın bu müqaviləni imzalaması ilə, nüvə silahlarının yayılmasını qadağan edən müqaviləni imzalamış ölkələri sayı 57-yə çatıb. İndiyə kimi 5 ölkənin parlamenti bu müqaviləni ratifikasiya edib. 

Teqlər