Mart 05, 2018 14:44 Asia/Baku
  • İtaliyada parlament seçkilərində sağçılar qalib gəlib
    İtaliyada parlament seçkilərində sağçılar qalib gəlib

İtaliyada senat və nümayəndələr palatasına 18-ci seçkilərin nəticələrinə görə, mötədil və radikal sağçılar qalib gəliblər.

Əldə olunan məlumatlara görə, İtaliyanın keçmiş baş naziri Silvio Berloskoninin başçılıq etdiyi "Furtsa İtaliya", " Şimal birliyi" , " İtaliya qardaşları" , " Biz İtaliya üçün" adlı partiyalardan ibarət olan  mötədil sağçılar  səslərin 36 faizini qazanaraq seçkilərin qalibidir. İtaliyanın beş ulduzlu partiyası da səslərin 32 faizini qazanıb. 

İndiyədək hakim partiya olmuş mötədil solçu demokrat partiyası isə səslərin sadəcə 18.5 faizini əldə edə bilib. 

İtaliya seçkiləri sistemə qarşı olan sağçılara doğru meyillənmənin, italianların hazırkı siyasətlərə xüsusiylə iqtisadi və miqrasiya siyasətlərinə mənfi reaksiyasının göstəricisi oldu. Avropa səviyyəsində də radikal sağçılar üçün bu önəmli qələbə hesab olunur. 

Silvio Berloskoninin bir daha ölkənin siyasi səhnəsinə qayıtması eləcə də  beş ulduzlu hərəkat və Şimal Liqası kimi radikal sağçılar və popolist cərəyanların seçkilərə qatılmasını nəzərə alaraq bu seçkilərdə təşviqat kampaniyaları çaxnaşmalarla yadda qaldı. 

Sağçı partiyaların heç birinin təklikdə yeni hökuməti təşkil etməyə qadir olmadıqlarını nəzərə alaraq onların arasında kolalisiya hökumətinin yaradılması üçün müzakirələri gözləmək lazım olacaq.

Teqlər