Mart 07, 2018 13:19 Asia/Baku
  • İki Koreya başçıları Aprelin sonlarında görüşəcəklər

Cənubi Koreya çərşənbə axşamı yaydığı məlumatda iki Koreya başçılarının Aprel ayının sonlarında, iki ölkə arasındakı qeyri-hərbi bir məntəqədə tarixi görüşü baş tutacaq.

İRİB-nin verdiyi məlumata görə, Cənubi Koreyanın yaydığı məlumata əsasən Şimali və Cənubi Koreya başçıları arasındakı görüş Aprel ayının sonlarında iki koreyanı bir-birindən ayıran Panmuncom kəndində, qeyri-hərbi məntəqədə baş tutacaq. 

Şimali Koreyanın da bu xəbəri təsdiq edəcəyi təqdirdə, bu, iki ölkə başçıları arasında üçüncü görüş olacaq. Bundan öncə 2000 və 2007-ci illərdə də Şimali və Cənubi Koreya başçıları arasında görüşlər keçirilib. 

Cənubi Koreyanın prezident administrasiyasından verilən məlumata görə, Şimali Koreyanın rəhbəri Kim Cunq İn-in Amerika ilə "şəffaf danışıqlar", nüvə tərksilahı habelə, nüvə və raket sınaqlarının müvəqqəti olaraq dayandırılması mövzularında Cənubi Koreya başçısı ilə danışıqlar aparmağa hazır olduğunu deyib. 

Şimali Koreyanın idman karvanının Cənubi Koreyada keçirilən qış olimpiya oyunlarında iştirak etməsi və Şimali Koreyanın yüksək səviyyəli rəsmi heyətinin Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərində iştirakı iki Koreya arasındakı gərginliyin azaldılması üzrə ümidləri xeyli artırıb. 

Teqlər